İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili varidatını Gürcüstana daşıyır: Yarım milyard dollarlıq qiymətli əsər gətirildi

Bu ilin yanvar ayında Gürcüstana rekord məbləğdə 1,35 milyard lari (481 milyon dollar) dəyərində qiymətli sənət əsərləri idxal edilib.

Musavat.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, məlumat ölkənin vergi xidməti statistikasında əks olunub.

İncəsənət əsərlərinin idxalı xarici ticarətin artımına əhəmiyyətli dərəcədə təsir göstərib - 2024-cü ilin yanvarında Gürcüstana idxalın həcmi 45 faiz artıb. Bu əməliyyatlar olmasaydı, illik artım cəmi 1,8 faiz olardı.

Vergilər Xidmətindən verilən məlumata görə, sənət əsərləri ölkəyə üç partiyada çatdırılıb. Onlardan ikisi ABŞ, biri Böyük Britaniyadan gəlib. Rəsmlərin və qablaşdırmanın ümumi çəkisi 6,6 ton olub.

Belə bahalı mallara görə rüsumların ödənilib-ödənilməməsi barədə məlumat yoxdur. Bu dəyərdə olan aktivlər üçün belə ödənişlərin məbləği 242 milyon lari ola bilər.

“Novosti-Qruziya”nın yazdığına görə, Maliyyə Nazirliyi və Vergi Xidməti vəziyyəti şərh etməyib.
“Qaxariya – Gürcüstan naminə” müxalifət partiyasının üzvü Beka Liluaşvili hesab edir ki, bu cür dəyərləri ölkəyə yalnız “Gürcü Arzusu”nun qurucusu milyarder Bidzina İvanişvili gətirə bilər. Onun fikrincə, İvanişvili sanksiyalardan qorxaraq aktivlərini “evakuasiya etməyə” başlaya bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Fevral 2025

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR