İnsanlara hürriyət, millətlərə istiqlal!

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A” serialı bitəndən sonra dərhal “Əqrəb mövsümü” serialının ikinci mövsümü başlayacaq”.

Bu sözləri aktyor Azər Aydəmir OLAY-a özəl açıqlamasında deyib. 

Sənətçi rol aldığı “Əqrəb mövsümü” serialının büdcəsindən söz açıb:

““Əqrəb mövsümü” serialının ikinci mövsümü birincisinin büdcəsindən 25-30 faiz daha baha başa gəlib”.

Aydəmir televiziyada inkişafın az olduğunu və hələ də yerində addımladığını vurğulayıb:

“Televiziyamıza ümumi nəzər yetirdikdə hələ də yerində addımlayır. Hər mövsüm yeni verilişlər, onlara maraqlı yanaşmalar olsa da, hər dəfə keçən ildəkindən fərqlənmir. Yəni “wow” (təəccüblənməyi nəzərdə tutur – red.) dediyimiz yoxdur. Mən indi “İctimai” televiziyanın sabiq aparıcısı kimi kanalımızı tərifləməyəcəyəm. Misal üçün “Maska və “Maşın “şou kimi verilişlər və onların ətrafında yaranan ajiotaj yoxdur”.

“Çalışdığınız “İctimai” televiziyanın efirində hansı verilişi bəyənmirsiniz və həmin proqrama baxmırsınız?” sualına Azər belə cavab verib:

“Ola bilər ki, elə bir veriliş var “İctimai” televiziyada amma aparıcıya görə deyil sadəcə həmin proqram mənə maraqlı deyil. Misal üçün 2005-ci ildən bəri İTV-nin efirində “Ozan məclisi” adlı bir veriliş yayımlanır. Bilirəm ki, bir çox tamaşaçılar o verilişi sevirlər. Onlar xüsusi ilə aşıq söz sənətinin heyranlarıdır. Mən aşıq söz sənətindən uzağam. O verilişə mən baxmıram, görəndə də başqa kalana çevirirəm”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR