İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya sahillərində yenə miqrantları daşıyan qayıq batıb

İtaliyanın Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

AZƏRTAC xəbər verir ki, adanın cənubda baş verən qəzada doqquzu qadın və üçü azyaşlı olmaqla 43 nəfər İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisi tərəfindən xilas edilib. Suda boğulan və xəstəxanaya çatdırılan iki yaşlı qızın öldüyü bildirilib. Miqrantlar Fil Dişi Sahili, Qvineya və Kamerun vətəndaşlarıdır.

Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsində yerləşən Lampeduza adası son illərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ildə dəniz yolu ilə İtaliyaya 94,5 mindən çox qeyri-qanuni miqrant gəlib. İtaliya, xüsusilə Yaxın Şərqdən gələn mühacirlərin dəniz yolu ilə Avropaya çatmaq üçün istifadə etdiyi ölkələrdən biridir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR