İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya mafiyasının başçısının bu fəaliyyəti də olub - Foto

İtaliyanın "Koza Nostra" mafiya lideri Matteo Messina Denaronun sensasiyalı həbsindən cəmi iki həftə sonra ölkə polisi daha bir mafiozu yaxalayıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

İtaliya polisi bu adamı Fransanın Sent-Etyen şəhərində tutmağa müvəffəq olub. "Pizzaiolo" ləqəbli 63 yaşlı həmin şəxsin əsl adı Edqaro Qrekodur. O, "Paolo Dimitrio" adı altında Fransada "Caffe Rossini" restoranında aşpaz kimi fəaliyyət göstərirmiş.

Edqaro Qrekonun Kalabriya bölgəsində yerləşən "Ndrangeta" mafiya qrupu ilə əlaqəsi təsbit olunub. Mafiya başçısı 1991-ci ildə Stefano və Cüzeppe Bartolomeo qardaşlarını dəmir barmaqlıqlarla öldürdükdən sonra onların cəsədlərini turşuda əridib. Bununla bağlı qiyabi olaraq məhkum edilən qaçaq mafioz uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib.

Kalabriya vilayətinin mərkəzi Katanzaro şəhərinin antimafiya prokuroru Nikola Qratteri Qrekonu "təhlükəli qaçaq" adlandırıb.

Qeyd edək ki, Qreko bir neçə dəfə həbsxana məmurunu öldürməyə cəhddə də suçlanır və buna görə ona "həbsxana qatili" ləqəbi verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR