Onlayn ictimai-siyasi qəzet
İtaliyanın baş naziri Corciya Meloni ABŞ və Avropa ölkələri ilə təcili sammit keçirmək təklifini irəli sürüb.
Musavat.com-un məlumatına görə Meloni bildirib ki, bu sammitdə ABŞ Avropa ölkələri və müttəfiqləri arasında Ukrayna və digər ciddi məsələlərlə bağlı açıq və səmimi müzakirələr aparılmalıdır.
Baş nazirin sözlərinə görə, İtaliya yaxın saatlarda bu təklifi tərəfdaşlarına təqdim edəcək. O, Ukraynanın birgə müdafiəsi və müasir dövrün qarşısında duran çətinliklərə kollektiv yanaşma zəruriliyini vurğulayıb.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ