İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə banklarının başı dərddə

ABŞ Ədliyyə Nazirliyi bir sıra bankları, o cümlədən İsveçrənin “Credit Suisse” və UBS banklarını rus oliqarxlarına sanksiyalardan yan keçməkdə kömək etdikləri şübhəsi ilə yoxlamağa başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, davam edən təhqiqat çərçivəsində ABŞ Ədliyyə Nazirliyi bəzi böyük Amerika banklarının əməkdaşlarına da çağırış vərəqələri göndərib.

Mənbələrdən birinin dediyinə görə, Ədliyyə Departamenti sanksiyalar altında olan müştərilərlə yaxın münasibət quran bank işçilərinin qanunlara necə əməl etdiklərini yoxlamaq istəyir.

“Bloomberg” agentliyinin məlumatına əsasən, “Credit Suisse” bu xəbərlərə şərh verməkdən imtina edib, UBS isə agentliyin sorğusuna cavab verməyib.

2022-ci ildə ABŞ Ədliyyə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq tətbiq edilən sanksiyalara riayət olunmasına nəzarət edən “KleptoCapture” qrupunu yaradıb. Bundan əvvəl “KleptoCapture” bir sıra rus oliqarxlarının aktivlərinə, o cümlədən dəyəri on milyonlarla dollar olan bir neçə superyaxtaya müvəqqəti həbs qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR