İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçlə Türkiyə arasında gərginlik: Səfir Xarici İşlər Nazirliyinə çağırılıb

İsveçin Ankaradakı səfiri Staffan Herrstrom Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb yanvarın 11-də Stokholmda PKK tərəfdarlarının keçirdiyi aksiya olub.

Aksiyada Rəccəb Tayyib Ərdoğan və Türkiyə dövləti hədəf alınıb, nümayişçilər təhdid, terror aktlarına çağırış yönümlü şüarlar səsləndiriblər.

Səfirə bildirilib ki, Ankara bu aksiyanı təşkil edənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını gözləyir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR