İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Aprelin 20-də Tehranda müxtəlif ali məktəblərdə təhsil alan tələbələr İsveçin səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, tələbələr İsveçdə müqəddəs “Qurani-Kərim”i yandıranın və bununla da, dinlər arasında təfriqə yaradanların cəzalandırılmasını tələb ediblər.

Etirazçılar bəyanat qəbul edərək səfirliyin əməkdaşına veriblər. Bəyanatda nəzərə çatdırılıb ki, Siyasi və Vətəndaş Hüquqları haqqında Beynəlxalq Paktın 19-cu maddəsinin 3-cü bəndinə əsasən başqasının əqidəsinə hörmət qanunla mühafizə olunmalıdır. Lakin İsveçin hüquq-mühafizə orqanları, xüsusilə də polis “Qurani-Kərimi” yandırmaqla müsəlmanları təhqir edən, təxribat törədərək dinlər arasında ədavət salan adamı mühafizə edir. İsveç polisi təxribatçının hərəkətinin qarşısını alıb sabitliyi təmin etmək əvəzinə ona kömək göstərir ki, bu da dünya müsəlmanlarının haqlı narazılığına səbəb olur.

Aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, aprelin 16-da İsveçdə “Quran”ı yandıran radikal sağçı “Stram Kurs” partiyasının sədri Rasmus Paludan dünən törətdiyi təxribatı bir daha təkrar edib. O, Danimarkanın Tornbyü şəhərində müsəlmanlar yaşayan məhəllədə yenə də “Quran”ı yandıraraq sosial şəbəkələrdə video paylaşıb. Məsələ burasındadır ki, bu təxribatçını 30 polis, xüsusi xidmət orqanlarının 7 əməkdaşı mühafizə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR