İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Ərdoğandan MÜHÜM GÖRÜŞ

Prezident Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına inandığını bildirib.

İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə olunduğu görüşdə Prezident Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulayıb.

Ərdoğan Niderlandın Baş naziri Rutteyə İsveçdə müqəddəs kitab Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, edilənlərin açıq şəkildə ifadə cinayəti olduğunu bildirib.

Görüş zamanı liderlər, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinin ən mühüm gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olacağı barədə razılığa gəliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR