İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin baş naziri: “Ukrayna NATO üzvü olsaydı, Rusiya...”

İsveçin baş naziri Ulf Kristersson “Sveriges” radiosuna müsahibəsində müharibə zamanı krallığın ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalından danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri bir müddət əvvəl sülh dövründə ölkənin bazalarında belə silahların olmayacağını bildirib.

“Əgər bizim ərazimizdə cəlb olunduğumuz müharibə olarsa, bu, tamam başqa vəziyyətdir. Nə qədər ki, Rusiyanın nüvə silahı var, bütün NATO ölkələri nüvə çətirindən faydalanmalıdır”, - deyə o, vurğulayıb.

Hökumət başçısı ABŞ ilə ikitərəfli hərbi əməkdaşlıq sazişində İsveç ərazisində nüvə silahının olmasına dair rəsmi qadağanın olmaması ilə bağlı sualı cavablandırıb. “Biz iki təklif hazırlamışıq. İsveç sülh dövründə öz torpaqlarında daimi qoşunların və nüvə silahlarının olmadığını bəyan edib”, - Kristersson şərh edib.

Ancaq müharibə zamanı, o, yanaşmanın tamamilə fərqli olacağını söyləyib. Bu halda, Kristersson deyib ki, “demokratik ölkələr özlərini nüvə silaibı ilə təhdid edə biləcək ölkələrdən qoruya bilməlidirlər”.

“Bizim NATO-ya üzv olmağımızın məqsədi belə bir vəziyyətin yaranmamasını təmin etməkdir. Əgər Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya ona hücum etməzdi”, - Kristersson bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR