İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə müqəddəs kitabları yandırmaq vərdişə çevrilir: Polis 3 müraciət alıb

İsveç polisinə 3 vətəndaş tərəfindən Stokholm və Helsinborqda müqəddəs kitabların yandırılması aksiyalarına icazə üçün müraciət daxil olub.

Musavat.com xəbər verir ki, müraciətlərdən birini 50 yaşlı qadın edib. O, Stokholm məscidi qarşısında Qurani-Kərimi yandırmaq niyyətindədir. Onun fikrincə, ötən həftə keçirilən analoji aksiyaya görə İsveçdə edilən etirazlar ədalətsizdir.

İkinci müraciət edən 30 yaşlı vətəndaş iyulun 15-də İsrail səfirliyi önündə Tövrat və Bibliyanı yandırmaq istəyir. O, bu addımını Quranın yandırılmasına cavab vermək, həmçinin söz azadlığının həqiqətən olduğunu müəyyənləşdirmək üçün atacağını deyir.

Üçüncü müraciətçi Helsinborqun mərkəzində müqəddəs kitabların yandırılmasını nəzərdə tutur. Lakin onun hansı kitabları yandırmaq istədiyi açıqlanmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR