Onlayn ictimai-siyasi qəzet
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 çatıb.
Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 6 uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
***
Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Musavat.com xəbər verir ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.
***
Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.
Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da, digər məclisdə iştirak ediblər./APA
***
Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir
Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü
Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü
Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü
Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü
Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü
Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü
Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü
Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü
Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü
Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü
Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü
Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ