Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi iyulun 23-24-də İstanbulda keçirilə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "İndependent Türkçe" diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu il ərzində Moskva və Kiyev üç illik fasilədən sonra ilk dəfə birbaşa görüşlər təşkil ediblər. İlk görüş mayın 16-da, ikinci isə iyunun 2-də baş tutub.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, tərəflər əsir və yaralıların mübadiləsi məsələsində razılığa gəliblər və həmin razılaşmalar icra olunmaqda davam edir.
Yeni görüşdə bu proseslərin davam etdirilməsi və digər humanitar məsələlərin də müzakirə olunacağı gözlənilir.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ