İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu məhkəmə önünə çıxacaq - BU TARİXDƏ

Yerusəlim Dairə Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahunun ifadəsini növbəti dəfə təxirə salıb.

Musavat.com xəbər verir ki, məlumatı “The Times of Israel” məlumat yayıb. Bildirilir ki, bu dəfə qərara Netanyahunin qidadan zəhərlənməsi səbəb olub.

Qeyd edək ki, məhkəmə dinləmələri iyulun 21 və 22-nə təyin edilmişdi, lakin iyulun 20-də Netanyahunun ofisi baş nazirin qida zəhərlənməsi səbəbindən özünü pis hiss etdiyini və buna görə də ona növbəti üç gün ərzində evdə qalması əmri verildiyini bildirib. Baş nazirin vəkili Amit Hadad bu əsasda dinləmələrin təxirə salınması barədə vəsatət verib.

Qəzetin yazdığına görə, Baş Prokurorluq bununla razılaşsa da, Netanyahunun ifadəsini iyulun 23 və 24-də dinləməyi təklif edib. Lakin digər dinləmələrlə vaxt ziddiyyətli olduğu üçün məhkəmə gələn həftə baş nazirin ifadəsini ləğv etmək qərarına gəlib. İyulun sonunda İsrail məhkəmələri yay tətilinə çıxır, buna görə də Netanyahunun məhkəməsi indi sentyabr ayına qədər təxirə salınıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrında İsrailin baş prokuroru Netanyahuya qarşı rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə iddia qaldırıb. Baş nazir dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. İttihamnamələr 28 yanvar 2020-ci ildə Qüds Rayon Məhkəməsinə verilib.

Netanyahu 2024-cü ilin dekabrında məhkəmədə ifadə verməyə başlayıb, lakin o vaxtdan bəri müxtəlif səbəblərdən dinləmələr bir neçə dəfə dayandırılıb, ləğv edilib və ya təxirə salınıb. Baş nazir son olaraq Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı təcili təhlükəsizlik narahatlıqlarını əsas gətirərək ifadəsini keçən həftənin əvvəlində yarımçıq saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR