İnsanlara hürriyət, millətlərə istiqlal!

İstintaq Vardanyanın nüfuzlu qadınla əlaqələrini ifşa etdi! Sensasion detallar Rauf Arifoğlu ilə "Canlı debat"da

TV Müsavata məlum olub ki, Azərbaycan istintaq orqanları separatçı lider Ruben Vardanyanın sorğuları və digər araşdırmalar zamanı onun əlaqələrini ifşa edib. Onlardan biri də amerikalı nüfuzlu siyasətçi Samanta Paueldir. Bu, dünya miqyasında bir qalmaqal sayılır. Azərbaycanın əlində olduqca ciddi bir kartdır. Qarabağda özünə “yuva qurmağa çalışan” eks Rusiya vətəndaşı, milyarderlə Amerikanın nüfuzlu qurumlarında rəhbər vəzifədə olan bir qadının həm maliyyə, həm də digər əlaqələrinin ortaya çıxması ciddi müzakirə mövzusudur. Bu əlaqələrdə R.Vardanyan tərəfindən qeyri-qanuni maddi ötürmələrin həyata keçirilməsi, eyni zamanda Amerika konqresi sədrinin Ermənistana səfərində vasitəçilik etməsi də məlumdur.

Azərbaycana bağlı bir neçə media qurumu, QHT və təşkilatların Samanta Pauel üzərindən Vardanyanın maliyyələşdirilməsinə dair ciddi şübhələr var. Bu ranqda birinin separatçı bölgənin rəhbəri ilə əlaqədə olması və ondan maliyyə dəstəyi alması ciddən böyük bir qalmaqaldır.

Vardanyan və digər separatçı liderlərin istintaqında üzə çıxan sensasion məlumatları bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR