Onlayn ictimai-siyasi qəzet
FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Asiye Gülən və dini nikahda olan həyat yoldaşı Mustafa Çaymar İstanbulda saxlanılıb.
Musavat.com xəbər verir ki, Asiya Gülənin təşkilatın üst səviyyə idarəçiləri ilə əlaqədə olduğu məlum olub.
Əməliyyat zamanı bir çox təşkilati sənəd ələ keçirilib.
Asiya Gülən FETÖ lideri Fətullah Gülənin böyük qardaşı Kutbettin Gülənin qızıdır. Asiye Gülən Kaynak Holdinqə bağlı şirkətlərdə işləyir. Eyni zamandada FETÖ/PDY-yə bağlı şirkətlərdə səlahiyyət sahibidir.
Şübhəlilərin ünvanlarında edilən axtarışlarda 1 ədəd F seriyalı 1 ABŞ dolları, 16 min 710 dollar, 8 ədəd cib telefonu, 12 sim kart, 2 ədəd kompüter, çoxlusayda fləş disk, DVD, sərt disk və təşkilati sənədlər ələ keçirilib.
Şübhəlilərin istintaqı davam edir.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ