Onlayn ictimai-siyasi qəzet
İstanbulun Zeytinburnu rayonunda sosial şəbəkədə video çəkmək istəyən uşaq evi yandırıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, daun sindromlu 13 yaşlı uşaq sosial şəbəkədə video çəkmək istəyərkən oturacağı alışqanla yandırıb. Qapını açmaq mümkün olmadıqda məhəllə sakinləri birinci mərtəbəyə qalxaraq eyvan və pəncərələrdən içəri daxil olmağa çalışıblar.
Ailə üzvlərindən ana və uşaqların vəziyyətinin yaxşı olduğu, atanın isə reanimasiyaya yerləşdirildiyi bildirilib.
Musavat.com
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ