Onlayn ictimai-siyasi qəzet
Şotlandiyada universitet rəhbərliyi varlı tələbələrdən yoxsul ailələrdən olan tələbə yoldaşlarına qarşı "snob" olmağı dayandırmağı xahiş ediblər.
Bu barədə "The Telegraph" yazır.
Edinburq Universiteti zəngin mənşəli tələbələri "snob" olmağı dayandırmağa və daha kasıb mənşəli tələbə yoldaşlarını ələ salmaqdan çəkinməyə çağırıb.
Daha inklüziv mühit yaratmaq üçün universitet tələbələr üçün tövsiyələr olan bələdçi nəşr edib. O, həyat hekayələrinin müxtəlifliyinə hörmət etmək, sərvət və zəka haqqında stereotipləri rədd etmək kimi "sosial-iqtisadi mikroaqressiyaları" azaltmaq üçün məsləhətləri ehtiva edir.
Universitet həmçinin qeyd edib ki, aşağı və orta təbəqədən olan tələbələr bu müəssisədə azlıq təşkil edir./publika.az
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ