Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian ayın sonunda Belarusa rəsmi səfər edəcək.
Musavat.com BelTA-ya istinadən xəbər verir ki, məlumatı Belarusun xarici işlər naziri Maksim Rıjenkov açıqlayıb.
Onun sözlərinə görə, İran prezidenti 26-27 iyunda Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqı İqtisadi Şurasının iclasında iştirak edəcək: “O, təkcə Aİİ xətti üzrə bu tədbirdə və tədbiri müşayiət edəcək iqtisadi forumda iştirak etməyəcək, həm də onun rəsmi səfəri ilə birləşdiriləcək".
Nazir bildirib ki, Tehran və Minsk bir çox beynəlxalq məsələlərə eyni gözlə baxırlar. Bundan başqa, İran Belarus üçün logistika, Belarus mallarının çatdırılması baxımından önəmlidir: "Biz İrandan keçən Şimal-Cənub dəhlizinin inkişafını yaxından izləyirik, çünki həqiqətən ümid edirik ki, bu, bizim mallarımızı həm Hindistan, həm də Cənub-Şərqi Asiyaya çatdırmaq imkanlarımızı artıracaq".
Musavat.com
12 Iyun 2025
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ