Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, bu, Britaniya hökumətinin saytında yenilənmiş qara siyahıdan aydın olur.
Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və onların hesablarının dondurulması daxildir. Londona görə, Smotrimç və Ben-Qvir "İordan çayının qərb sahilində fələstinlilərə qarşı törədilən təcavüz və zorakılıq aktları da daxil olmaqla, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzadan azad olmaq üçün insan hüququnun ciddi şəkildə pozulmasını təşkil edən fəaliyyətlə məşğul olmaqda, təhrik etmək, təşviq etmək və/və ya dəstəkləməkdə məsuliyyət daşıyırlar".
Böyük Britaniya Xarici İşlər Nazirliyi Avstraliya, Kanada, Yeni Zelandiya və Norveçin də Smotriç və Ben-Qvirə qarşı “sanksiya və digər tədbirləri elan etdiyini” bildirib. "İtamar Ben-Qvir və Bezalel Smotriç Fələstində ekstremist zorakılığı və ciddi insan haqları pozuntularını təhrik ediblər. Fələstinlilərin məcburi köçkünlüyünə və İsrailin yeni yaşayış məntəqələrinin salınmasına haqq qazandıran ekstremist ritorika dəhşətli və həyəcanvericidir. Bu hərəkətlər qəbuledilməzdir", - ölkələrin birgə bəyanatında deyilir.
Musavat.com
12 Iyun 2025
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ