İnsanlara hürriyət, millətlərə istiqlal!

200 illik qanun ləğv olunur: Evsizlər küçələrdə yata biləcək

Musavat.com xəbər verir ki, Böyük Britaniyada hökumət evsizlərin küçələrdə qalmasını qanuniləşdirməyə hazırlaşır.

Bu məqsədlə, hələ 1824-cü ildən qüvvədə olan “səfil və avara qanunu”nun gələn ildən etibarən ləğv olunacağı gözlənilir.

Böyük Britaniyanın Mənzil Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təqdim edilən bu qərar ictimaiyyətdə birmənalı qarşılanmasa da, rəsmi şəxslər bu addımı “daha müasir və humanist yanaşma” kimi dəyərləndirirlər. Nazirlik təmsilçiləri bildirirlər ki, hökumət bu məsələdə Nyu-York, Paris və Los-Anceles kimi şəhərlərin təcrübəsinə əsaslanaraq yeni model tətbiq etmək niyyətindədir.

Hazırda Britaniyada inflyasiya səbəbindən ərzaq, yanacaq və elektrik enerjisinin qiymətləri rekord səviyyəyə çatıb. Rusiya əleyhinə tətbiq olunan sanksiyaların ardınca iqtisadi təzyiqlərin artması nəticəsində minlərlə insan evsiz qalmaq riski ilə üz-üzədir. Ekspertlər bildirirlər ki, hökumətin belə bir qərarı elə bu iqtisadi çətinliklərin fonunda verdiyi də istisna deyil.

Sosial platformalarda və mediada isə bu dəyişiklik geniş müzakirələrə səbəb olub. Bir çox britaniyalı bu addımı hökumətin “evsizlik problemini həll etmək əvəzinə, onu rəsmiləşdirməsi” kimi qiymətləndirir.

Hazırda Britaniyada on minlərlə evsiz insan gecələr metro stansiyalarında, park və dayanacaqlarda gecələyir. Qanunun dəyişdirilməsi ilə bu şəxslərə qarşı polis müdaxiləsi, cərimə və saxlanma tədbirləri dayandırıla bilər.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR