Onlayn ictimai-siyasi qəzet
Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilməsi planlaşdırılan görüşü ətrafında qeyri-müəyyənlik davam edir.
Musavat.com xəbər verir ki, TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla bildirib ki, tərəflərin görüş vaxtı hələ müəyyən olunmayıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə yaranmış vəziyyəti “intriga” adlandırıb və görüşün keçirilib-keçirilməyəcəyinə dair konkret mövqe açıqlamayıb.
Bunun fonunda iki ölkə arasında söz dueli daha da kəskinləşib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya nümayəndə heyətini “butaforik” adlandırmasına sərt reaksiya verib. O, Zelenskini “kloun” və “butaforik lider” adlandıraraq, Ukrayna tərəfinin bəyanatlarını ciddiyə almadıqlarını bildirib.
Qeyd edək ki, Zelenski az öncə, Ankara hava limanlnda verdiyi brifinqdə Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskini və ümumilikdə heyətin tərkibini qeyri-ciddi hesab etdiyini açıqlamış, Ukraynanın danışıqlara qatılıb-qatılmayacağına dair qərarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra veriləcəyini bəyan etmişdi.
İstanbulda planlaşdırılan danışıqların baş tutub-tutmayacağı hələ də sual altındadır. Diplomatik mənbələr isə qeyd edir ki, tərəflərin bir masa ətrafında əyləşməsi üçün həm vaxt, həm də qarşılıqlı siyasi iradə çatışmazlığı müşahidə olunur.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ