İnsanlara hürriyət, millətlərə istiqlal!

İssık-göldə ekstremal olay - İki turist paraşütlə seyretmə çarxına ilişib

İssık-göl vilayətinin Bosteri kəndində ekstremal idman həvəskarı olan iki nəfər paraşütlə uçduqları zaman çimərlikdə yerləşən dönmə çarxına çırpılıblar və ilişib qalıblar.

Musavat.com Vesti.kg-a istinadən xəbər verir ki, bu barədə mediaya Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib. Nazirliyin yaydığı açıqlamada bildirilir: "İstirahət zamanı onlar toqquşmadan yayına bilməyiblər və attraksionda ilişib qalıblar. Onlardan birinin 14 yaşı var, ikincinin kimliyi dəqiqləşdirilir”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dörd əməkdaşı gəlib, yerli sakinlərlə birlikdə turistləri təhlükəsiz şəkildə attraksiondan endiriblər.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR