İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin şimalı atəşə tutuldu: Partlayışlar olub

Livan ərazisindən İsrailin şimal rayonları atəşə tutulub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanla sərhəd yaxınlığında yerləşən Ərəb əl-Aramşe qəsəbəsinin ərazisi atəşə tutulub. Mərmilər açıq ərazilərə düşüb və itkilər barədə məlumat yoxdur.

Mətbuat xidmətinin məlumatına görə, bundan əvvəl İsrail ordusu Livanın cənubundakı Əl-Teybe kəndi yaxınlığında “Hizbullah” şiə hərəkatının tərəfdarlarının silahlı dəstəsinə hücum edib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Derdqaya kəndi yaxınlığındakı hərbi obyektə hücum edib.

“Zərbədən sonra strukturda silahların olduğunu göstərən ikinci dərəcəli partlayışlar aşkar edilib”, - deyə məlumatda bildirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR