Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder və investor Uorren Baffet qurduğu Berkshire Hathaway investisiya şirkətinin təxminən 1,2 milyard dollar dəyərində səhmlərini dörd ailə xeyriyyə təşkilatına köçürəcək.
Musavat.com xarici mətbuatan istinadən xəbər verir ki, məlumatı Baffet ailəsi açıqlayıb.
Məlumatdan aydın olur ki, Baffett sahib olduğu 1600 A sinifli Berkshire səhmini 2,4 milyon B kateqoriyalı səhmə çevirib. Bunlardan 1,5 milyon səhm həyat yoldaşının adını daşıyan Susan Thompson Buffett Fonduna, hər biri 300 min səhm isə uşaqları Sherwood Foundation, Howard G. Buffett Foundation və NoVo Foundation fondlarına veriləcək.
Bu gün Berkshire B səhmləri 481 dollara satılırdı. Bu ilin əvvəlindən onların dəyəri demək olar ki, 35 faiz artıb.
2006-cı ildən bəri iş adamı hər il Berkshire səhmləri şəklində xeyriyyəçilik üçün böyük məbləğdə vəsait bağışlayır. Əvvəllər o, sərvətinin 99 faizini bu məqsədlər üçün verəcəyini vəd etmişdi.
94 yaşlı Baffet ötən il demişdi ki, ölümündən sonra var-dövlətini xeyriyyəçiliyə bağışlamaq onun üç övladının üzərinə düşür. Hazırda o, təxminən 148 milyard dollar dəyərində olan 206,363 min Berkshire Class A səhminə sahibdir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ