İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Çindəki səfirliyinin əməkdaşı bıçaqlanıb

İsrailin Çindəki səfirliyinin əməkdaşı Pekindəki diplomatik nümayəndəliyin yaxınlığında bıçaqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.

O, oktyabrın 13-ü cümə günü bıçaqla hücuma məruz qalıb. Onun xəstəxanaya aparıldığı, vəziyyətinin stabil olduğu qeyd edilir.

Hadisənin başqa təfərrüatları hələlik verilməyib.

Qəzet qeyd edir ki, bundan əvvəl HƏMAS qruplaşmasının rəhbərliyi dünyadakı bütün tərəfdarlarına cümə günü israillilərə və yəhudilərə qarşı hücumlara başlamaq çağırışı ilə müraciət etmişdi. Bu səbəbdən İsrail Milli Təhlükəsizlik Baş İdarəsi və ölkənin Xarici İşlər Nazirliyi xaricdəki həmvətənlərinə müxtəlif nümayişlərdən uzaq durmağı tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR