Onlayn ictimai-siyasi qəzet
Fələstin muxtariyyətinin vitse-prezidenti Hüseyn Şeyx bəyan edib ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatları dayandırmasına yalnız ABŞ təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, bu barədə o, "Al Arabiya" telekanalına verdiyi müsahibədə danışıb. Hüseyn Şeyx ümid etdiyini bildirib ki, HƏMAS hərbi əməliyyatların dayandırılmasına səbəb olacaq “cəsarətli addımlar” atacaq.
Onun sözlərinə görə, HƏMAS xalqın bir hissəsidir və siyasi həyatdan kənarlaşdırıla bilməz: “HƏMAS siyasətini dəyişməli və Fələstin siyasi sisteminin bir hissəsinə çevrilməlidir. Biz bu istiqamətdə HƏMAS-la dialoq aparırıq".
Fələstin rəsmisi əlavə edib ki, bu gün müstəqil Fələstin dövlətinin qurulmasına aparan ən düzgün yol İsrailə qarşı silahlı mübarizə deyil, sülhpərvər müqavimətdir.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ