İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən HƏMAS-la bağlı SON DƏQİQƏ AÇIQLAMASI - 1500-ə yaxın terrorçu...

Hərbçilər ölkənin cənubuna nəzarəti böyük ölçüdə bərpa edə bildikdən sonra İsraildə 1500-ə yaxın HƏMAS yaraqlısının cəsədi tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hehtə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail Qəzza zolağı ilə sərhəddə nəzarəti qismən bərpa edə bilib.

Qeyd olunub ki, oktyabrın 9-dan 10-na keçən gecə heç bir HƏMAS yaraqlısı İsrail sərhəddini keçməyib. Lakin o, bunun hələ də mümkün olduğunu etiraf edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə güclü raket zərbələri endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq İsrail terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR