Onlayn ictimai-siyasi qəzet
Yeni tədris ilindən İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Xolon şəhərinin “Navon” liseyində “İran” adlı fənn tədris olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilib ki, şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” fənni təklif edilib və 15 əlaçı məktəbli bunu qəbul edib.
Məlumata görə, fənnin tədrisi zamanı şagirdlərə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Rza Pəhləvi və oğlu Məhəmmədrza şah dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasəti, ölkədə məzhəb məsələləri, o cümlədən fars dili öyrədiləcək.
“İran” fənnini hazırlayanlar tədris ilinin sonunadək şagirdlərin İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələlərini dərindən öyrənəcəklərinə ümid edirlər.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ