İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda Qarabağdakı ekoloji böhranla bağlı tədbir keçirilib

Qırğız Milli Universitetində "İqlim dəyişikliyində ekoloji terrorun rolu - Qarabağ nümunəsində” Bişkek konfransı baş tutub.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Qırğız Milli Universitetində"İqlim dəyişikliyində ekoloji terrorun rolu - Qarabağ nümunəsində” Bişkek Konfransı baş tutub.

Musavat.com Azxeber.com-a istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin professoru Kayrat Osmanaliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda apardığı quruculuq işlərindən, ekoloji terrora məruz qalan bu ərazilərdə tarixi irsin necə məhv edilməsindən bəhs edib. O, dost və qardaş Qırğızıstanın dəstəyi ilə Ağdamda tikilməkdə olan orta məktəb binasının həmçinin Azərbaycan Qırğızıstan dostluğunun növbəti simvollarından biri olduğunu bildirib.

Tədbiri öz çıxışı ilə davam etdirən Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov Azərbaycanın dünyanın ən nüfuzlu tədbirlərindən biri olan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsinin tarixi uğur olduğunu və bu tədbirdə imzalanan sənədlərin dünya üçün əhəmiyyətindən bəhs edib:

"Azərbaycan bir tərəfdən işğaldan azad edilən torpaqlarda quruculuq işləri görür, bir tərəfdən region üçün önəmli işlərə imza atır, digər tərəfdən isə bütün dünya ölkələrini narhat edən iqlim dəyişikliyi mövzusunda keçirilən ən nüfuzlu tədbirə ev sahibliyi edir. Bütün bunları dəqiq və ardıcıl həyata keçirmək güclü siyasi iradənin nəticəsidir”.

Ə.Ağalarov işğal dönəmində Qarabağda həyata keçirilən ekoloji terrorun ağır nəticələri haqqında da konfrans iştirakçılarına məlumat verib:

"Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti BMT-nin bu Məqsədlərinin 2030-cu ilədək qarşıya qoyduğu hədəflər Cənubi Qafqaz regionunda böyük sual altına salıb. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Azərbaycanın əvvəllər işğal olunmuş bütün ərazilərində 260 min hektara yaxın meşə ərazisi var idisə, hazırda bu ərazilərdə meşə örtüyü sürətlə azalıb”.

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, COP-29 öncəsi Azərbaycana qarşı dünya mediasında dezinformasiya kampaniyası aparılıb. Ancaq Azərbaycana mötəbər tədbirə ən yüksək səviyyədə hazırlaşıb və bütün bu kampaniyalar heç bir nəticə verməyib.

Tədbirdə çıxış edən digər natiqlər mövzular üzrə akademik məqalələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR