Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 azərbaycanəsilli şəxs həlak olub.
Musavat.com xəbər verir ki, həlak olan azərbaycanlı şəxslərin adları açıqlanıb.
Vəfat edən azərbaycanlılar bunlardır:
Şamil Abbasov - İsrail vətəndaşı;
Emin Axundov - İsrail vətəndaşı;
Roman Qandel - İsrail vətəndaşı;
Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Musavat.com
@@TVmusavat/70730@@
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ