İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə DƏHŞƏT YAŞANDI: Yaralananlar var - VİDEO

İsrailin paytaxtı Təl-Əviv şəhərində yük maşını avtobus dayanacağına çırpılıb. Hadisə nəticəsində əksəriyyəti hərbçilər olmaqla 40-dan çox insan yaralanıb. 

Musavat.com xəbər verir ki, hadisə "Cinema City Glilot" kinoteatrının yaxınlığındakı avtobus dayanacağında baş verib.

Polis “Mossad”ın qərargahı bu ərazidə yerləşdiyi üçün terror aktı ehtimalını istisna etmir. Sürücünün yaxınları isə onun səhhətində yaranan problemlər səbəbindən idarəetməni itirdiyini və hadisənin hücum kimi qiymətləndirilmədiyini bildiriblər.

İsrail polisindən verilən məlumata görə, sürücü mülki şəxslər tərəfindən yerindəcə zərərsizləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR