Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa hazır olduqlarını bildirib.
Musavat.com xəbər verir ki, o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi görüşdə müzakirələrin əsas məqsədinin böhranın əsas səbəblərini həll etmək olduğunu vurğulayıb.
Putin bölgədəki vəziyyətin həllində qısa müddətli atəşkəsdən daha çox uzunmüddətli və dayanıqlı bir həllin zəruriliyini qeyd edib. O bu yanaşmanın yalnız qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir fasilə olmayacağını, davamlı sülh üçün əsas təşkil edəcəyini ifadə edib.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ