Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu bir neçə istiqamətdə mövqelərini geri qaytara bilib. “DeepState” monitorinq layihəsi məlumat verib. Məlumata görə, Ukrayna hərbçiləri Kursk vilayətinin Maxnovka və Donetsk vilayətinin Zelenovka yaşayış məntəqələrində nəzarəti yenidən ələ keçiriblər. “Bununla yanaşı, Rusiya ordusu da Ternı, Dvureçnı, Kolodyazov və Slavyansk yaxınlığında irəliləməyə nail olub”, - məlumatda qeyd olunub.
“Prezident İlham Əliyevin tapşırığı ilə bütün aidiyyəti dövlət qurumları Aktaudakı təyyarə qəzası ilə bağlı səfərbər olundular və öz üzərilərinə düşən vəzifələri yerinə yetirdilər”. Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib. Baş prokurorun sözlərinə görə, prokurorluq ölkə rəhbərliyinin göstərişi ilə cinayət işi başladıb, həm Qazaxıstan həm Rusiyanın aidiyyəti qurumları ilə bununla bağlı birgə araşdırma aparılır. K.Əliyev qeyd edib ki, qəzaya görə Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb:
“Hər ölkə özünə aid sahədə sübutları toplayır, sonradan bu sübutların təhlili və təqsirli şəxslərin müəyyən edilib, istintaqa cəlb olunması təmin ediləcək”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı 20 Yanvar hadisələrini və Rusiyanın regiondakı təsirlərini müzakirə edirlər.
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ