İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada tacik olmaq 85 il əvvəlin Almaniyasında yəhudi olmağa dönüb

Tacikistanlı qəssab Dalerjon Açilov Novosibirskdə iş yerində “xüsusi əməliyyat” haqqında danışdığına görə 7 il həbs cəzası alıb.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Novosibirsk məhkəməsi “milli düşmənçilik” və xuliqanlıq motivləri ilə ordu haqqında “saxta” məlumat yaymaqda ittiham olunan Tacikistan vətəndaşı Dalerjon Açilova hökm oxuyub.

İstintaqın məlumatına görə, 2022-ci ilin fevralından 2024-cü ilin martına qədər Novosibirskdəki iki ticarət mərkəzində bir nəfər “xüsusi hərbi əməliyyatın” məqsədləri, üsulları və gedişatı, habelə Rusiya prezidentinin hərəkətləri barədə açıq şəkildə yalan məlumat verib.

İttihama səbəb oğlu döyüş bölgəsində olan satıcılardan biri hüquq-mühafizə orqanlarına xəbərçilik edib. Həmin qadın Açilovun ruslara nifrət etdiyini və Rusiya ordusunu təhqir etdiyini bildirib. Lakin vəkil Natalya Vorontsovanın qeyd etdiyi kimi, əksər şahidlər bu cür ifadələrin nə vaxtını, nə də məzmununu təsdiq edə bilməyiblər. Üstəlik, təqsirləndirilən şəxsin işlədiyi ticarət obyektinin sahibi Açılovu dəstəkləyib.

2024-cü ilin aprelindən həbsdə olan kişinin həyat yoldaşı və uşaqları var. Dəqiq sübutların olmamasına baxmayaraq, məhkəmə onun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, ötən ilin martında tacik əsilli terrorçuların Moskva ətrafında “Krokus” konsert zalında törətdiyi terror aktından sonra yüz minlərlə tacik, özbək və qırğız əsilli miqrant “şübhəli şəxs” durumuna düşüb. Artıq onları hər cür bəhanə ilə həbsə alır, ağır cəzalar kəsirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR