Onlayn ictimai-siyasi qəzet
İsrail və Türkiyə Azərbaycanda keçirilən danışıqlar raundunda Suriya ilə bağlı razılığa gələ bilməyib.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti çıxış edib.
Bildirilir ki, İsrail və Türkiyə tərəflərinin Suriyada aralarında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması ilə bağlı razılığa gəlməyə çalışdıqları danışıqlar bu il aprelin 12-dən 19-na təsadüf edən yəhudilərin Pasxa bayramı başa çatdıqdan sonra davam etməlidir.
Şirkətin məlumatına əsasən Ankara İsrail nümayəndə heyətini Azərbaycana gətirən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Türkiyə hava məkanından keçməsinə icazə verməyib və nəticədə təyyarə Qara dəniz üzərindən daha qərbə - Türkiyədən yan keçməklə uçmağa məcbur olub.
Aprelin 10-da İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Türkiyə nümayəndələri ilə Azərbaycanda birbaşa danışıqlar faktını təsdiqləyib.
İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ