İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Türkiyə vətəndaşlarının gəmisini vurdu: "Vicdan” Qəzzaya humanitar yardım aparırdı - FOTO

Türkiyədən Qəzzaya humanitar yardım aparan “Conscience” (Vicdan) adlı gəmi Maltə sahilləri yaxınlığında hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə yerindən yayılan ilk görüntülər hadisənin miqyasını və təhlükəsini göz önünə sərir. Gəminin ön hissəsində yaranan geniş deşik və metal örtüklərin yanması hücumun ciddi nəticələr doğurduğunu göstərir.

Türkiyə mediasının iddiasına görə, hücumun arxasında İsrail dayanır. Rəsmi qurumlardan hələlik hadisə ilə bağlı təfsilatlı açıqlama verilməsə də, sosial mediada yayılan məlumatlara görə, gəmidə olan türk vətəndaşları həyati təhlükə ilə üzləşiblər.

Sözügedən gəmi Qəzzada mülki əhalinin ehtiyaclarını qarşılamaq üçün ərzaq, tibbi ləvazimat və digər yardım vasitələri daşıyırdı. Gəmidəki heyət üzvlərinin təhlükəsizliyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Hadisə beynəlxalq dəniz hüququ və humanitar prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirilir. Sosial şəbəkələrdə istifadəçilər hücumu qınayır, dünya ictimaiyyətini bu cür hücumlara qarşı səssiz qalmamağa çağırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR