İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail silah satışında son dövrlərin ən qazanclı ölkələrindən birinə çevrilib

Ukraynadakı müharibə səbəbindən Avropa və NATO-da silah xərclərinin artması fonunda İsrail daha çox ölkəyə müdafiə məhsullarını almağa icazə verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın vasitəçiliyi ilə əldə edilən regional razılaşmalar sövdələşmələrin sayının artmasına səbəb olub.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, 2023-ci ildə 61-dən çox ölkəyə İsrail istehsalı silah və sursat almaq hüququ verilib. Halbuki 2020-ci ildə bu rəqəm 42 civarında olub. Pilotsuz uçuş aparatları və pilotsuz silahlı uçuş aparatları kateqoriyasında 56 ölkəyə satış gerçəkləşdirilib.

İsrail Müdafiə Nazirliyi müdafiə ixracatına giriş icazəsinin hansı ölkələrə verildiyini açıqlamayıb.

Keçən həftə Almaniya və İsrail tarixdə ən böyük silah ixracı müqaviləsi imzalayıb. Rəsmi Berlin “Arrow 3” hava hücumundan müdafiə sistemini təxminən 4 milyard dollara almağı öhdəsinə götürüb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2018-2022-ci illər arasında İsrail dünyanın ən böyük on silah ixracatçısından biri olub.

Qeyd edək ki, silah satışından qazanan ölkələr içində Türkiyə xüsusi şəkildə ön plana çıxıb. “Bloomberg” agentliyinin məlumatına görə, Türkiyənin pilotsuz təyyarələrin ixracı da durmadan artır və bu ona Yaxın Şərqdə və onun hüdudlarından kənarda böyük siyasi təsir göstərməyə imkan verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR