İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Hizbullah”a hücum edərsə... – İran Təl-Əvivi təhdid edir

Livanın “Hizbullah” qrupu İsraillə münaqişədə Fələstinin HƏMAS hərəkatının tərəfində ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Hizbullah” lideri Həsən Nəsrullah ilə danışıqlardan sonra bildirib.

Nazir İsraili və onun tərəfdarlarını “Qəzzada dinc əhaliyə qarşı cinayətləri dayandırmağa” çağırıb və deyib ki, bir neçə saatdan sonra çox gec ola bilər. “Hər hansı bir müqavimət addımı sionist varlıqda böyük zəlzələyə səbəb olacaq”, - diplomat bildirib.

Abdullahiyan vurğulayıb ki, müqavimət liderləri birdir və "hər kəsin əli tətiyi tutur". “Beynəlxalq ictimaiyyət tərəddüd edərsə, lazımi vaxtda cavab tədbirləri görüləcək”, - o, əmin edib.

Bundan əvvəl bildirilmişdi ki, naməlum hava-desant obyektinin İsrail ərazisinə nüfuz etməsindən sonra İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” obyektinə zərbələr endirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR