Onlayn ictimai-siyasi qəzet
İsrail Fransanın təklif etdiyi üçtərəfli formatda iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant "X" hesabında bildirib.
"Biz ədalətli müharibə apardığımız, xalqımızı müdafiə etdyimiz zamanda Fransa İsrailə qarşı düşmənçilik siyasətini həyata keçirdi. Bununla Fransa HAMAS-ın israilli uşaqlara, qadınlara və kişilərə qarşı törətdiyi vəhşiliklərə məhəl qoymadı. İsrail Fransanın təklif etdiyi üçtərəfli çərçivədə iştirak etməyəcək", - nazir bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, rəsmi Parisin təklif etdiyi esklasiyanın qarşısını almaq və atəşkəs istiqamətində yol xəritəsində irəliləmək üçün İsrail, ABŞ və Fransanın iştirakı ilə üçtərəfli təmas qrupu prinsipi üzərində razılığa gəlinib və Fransa Livan hakimiyyəti ilə də eyni format barədə razılığa gəlməyə çalışacaq.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ