Onlayn ictimai-siyasi qəzet
Bu həftə milli komandaların FİFA reytinqi açıqlanacaq.
İdman.biz xəbər verir ki, yığmaların iyulun 18-dəki cədvəldə yer alacağı mövqeləri bəlli olub.
Azərbaycan millisinin yeri dəyişməz qalacaq. Fernandu Santuşun komandası 1179,88 xalla 111-ci pillədəki mövqeyini qoruyacaq.
Amerika kubokunun qalibi Argentina 1891,49 xalla 1-ci pillədə qalacaq. Fransa isə 1854,91 xalla ikinciliyini qoruya biləcək.
Avropa çempionu İspaniya 5 pilləlik sıçrayışla 3-cü yerə yüksələcək – 1835,67. Çempionluq və bununla da 3-cü yerə yüksəlmək şansını qaçıran İngiltərə (1812,26) bir addımlıq irəliləyişlə 4-cü olacaq.
Siyahıda ən böyük yüksəliş Venesuelada olacaq – 17 pillə. Türkiyə 16 addımlıq sıçrayışla bu göstəricidə ikincidir. “Ay-ulduzlular” 1533,60 xalla 26-cı yerdə qərarlaşacaq.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ