İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Ukraynaya “Leopard 2A 4” tankları verəcək

İspaniya yaxın gələcəkdə altı “Leopard 2A 4” tankını Ukraynaya tədarük edəcək.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

Nazir deyib ki, 55 ukraynalı hərbçinin təlimi başa çatıb.

“İspaniya Ukraynanın özünümüdafiəsini, ölkənin ərazi bütövlüyünü bərpa etmək səylərini hərbi texnika, təlim və humanitar yardım vasitəsilə dəstəkləməyə davam edəcək", - nazir əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqının Kiyevə yardım missiyası çərçivəsində Ukrayna hərbçiləri Toledo Təlim Koordinasiya Mərkəzinin rəhbərliyi altında təlim keçiblər. İspaniyada bu günə qədər 850-dən çox əsgər müxtəlif ixtisaslar üzrə təlim keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR