İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda qadın sürücü qəza törətdi, özü və nənəsi... - FOTO, VİDEO

İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Buynuz kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə nəticəsində “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Hadisə nəticəsində Bakı şəhər sakini 1947-ci il təvəllüdlü Əliyeva Səyyarə Böyükağa qızı və 1996-cı il təvəllüdlü həmyerlisi Gülnarə Fuad qızı müxtəlif bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR