İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam düşməni bu dəfə istədiyini ala bilmədi

İslamın düşməni Rasmus Paludan öz bədnam əməllərinə yenisini əlavə etmək üçün hərəkətə keçib. Ramazanın ilk günündə İngiltərədə Quran yandırmaq istəyən Paludan bu dəfə istəyinə nail ola bilməyib. İngiltərə ona icazə verməyəcəyini açıq şəkildə bildirib.

Musavat.com xəbər evrir ki, Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın Qurani-Kərimi yandırdığına görə Böyük Britaniyaya buraxılmayacağı bildirilir.

Britaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik üzrə dövlət katibi Tom Tugendhat ana müxalifətdəki Leyboristlər Partiyasının deputatı Saymon Laytvudun martın 22-də İngiltərənin Veykfild şəhərində Paludanın Quranı yandırmaq planı ilə bağlı sualını cavablandırıb.

Millət vəkilinin sualına Tugendhat belə cavab verib: "Paludan əvvəllər nifrət və irqçi ifadələrə görə Danimarkada həbs edilib. O bu ölkəyə girişinə icazə verilməməli olan təhlükəli bir insandır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir".

Tugendhat açıq şəkildə bildirib ki, ifrat sağçı Paludan Qurani-Kərimin yandırılması aktı səbəbindən İngiltərəyə buraxılmayacaq: "Onun Böyük Britaniyaya səfəri ictimai maraqlara cavab vermir və onun ölkəmizə girişinə icazə verilməyəcək"

Qeyd edək ki, ifrat sağçı siyasətçi Paludan ötən həftə sosial şəbəkədə Ramazan ayının ilk günü İngiltərənin Ueykfild şəhərinə gedəcəyini və Quranı yandıracağını açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR