Onlayn ictimai-siyasi qəzet
İŞİD silahlı terror təşkilatının "Mosul hakimi" adlandırılan Cəlal Əhməd İstanbul Esenyurtda keçirilən əməliyyatda yaxalanıb.
Musavat.com xəbər verir ki, polis idarəsindəki ifadəsində təşkilatla bağlı məlumat verən Cəlal Əhməd gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Cəlal Əhmədin polis bölməsindəki ifadəsində təşkilatla bağlı ciddi məlumatlar verdiyi öyrənilib. Buna əsasən, şübhəlinin ona qarşı irəli sürülən ittihamları etiraf etdiyi və 2016-cı ildə İŞİD tərkibində təşkilatın sözdə Ninova (Mosul) rayon hakimi olduğunu etiraf etdiyi bildirilib.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ