İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei İsraili sərt cavabla hədələdi: "Layiqli cəzanı gözləyin"

İranın Ali lideri Ayətullah Əli Xameneyi İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlarla bağlı xalqa fövqəladə müraciət edib.

Musavat.com xəbər verir ki, Xameneyi çıxışında İsraili “çirkli və qanlı əllərlə” İran ərazisində mülki bölgələrə hücum etməkdə ittiham edib.

“Sionist rejim sevimli ölkəmizdə Günəş doğmadan öncə cinayət törətmək üçün çirkli və qanlı əlini uzatdı və bu yolla öz şər mahiyyətini hər zamankından daha açıq şəkildə ortaya qoydu. Mülki yaşayış məntəqələrinə zərbə endirərək insanlığa qarşı növbəti cinayətə imza atdı. Bu rejim sərt və layiqli bir cəzanı gözləməlidir,” – deyə Xameneyinin müraciətində bildirilir.

Ali lider qeyd edib ki, hücumlar zamanı bir neçə yüksək rütbəli komandan və nüfuzlu alim həlak olub:
“Lakin Allahın izni ilə, onların yerinə keçənlər və həmkarları dərhal fəaliyyətlərinə davam edəcəklər. İran İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli bu cinayəti cavabsız qoymayacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR