İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda milyonluq casus şəbəkəsi iddiası – Zərbələrin arxasında kimlər var? 

"İsrailin zərbələri, əslində, gözlənilən idi. Uzun müddətdir ki, buna hazırlıq gedirdi. Lakin nə qədər maraqlı da olsa İran bunun qarşısını almaq üçün təhlükəsiz tədbirləri görmədi. Ya da gördü, ancaq tədbirlər yetərli olmadı".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edib ki, nüvə alimlərinin və yüksək rütbəli hərbiçilərin bir çoxunun səhərə yaxın elə evində öldürülməsi onu göstərir ki, İsrail İran daxilində güclü kəşfiyyat işi aparıb, böyük həcmli agent şəbəkəsi var:

İran Hizbullahın güclənməsində maraqlı deyil”-Zeynal Əmrəliyev

"Çox sayda nüvə alimi, generallar, İranın Yaxın Şərqdəki proksi qüvvələrinə və bu təşkilata bağlı mediya qurumlarına nəzarət edən məşhur general Qulaməli Rəşid İsrail aviasiyası tərəfindən öldürüldü. Maraqlıdır ki, alimlər və yüksək rütbəli hərbiçilərin bir çoxu səhərə yaxın elə evində öldürüb. Demək ki, İsrail kəşfiyyatı öncədən hədəfləri dəqiq müəyyən edib və konkret yerlərə zərbələr endirib. Həmçinin bir çox gizli hücrelerin vurulması İsrailin İran daxilində güclü kəşfiyyat işi apardığı və böyük həcmli agent şəbəkəsinin mövcud olduğu gerçəyini ortaya qoydu. Böyük ehtimalla İran bu hadisəyə cavab verəcək. Tehran həm proksi, həm də özü birbaşa İsrailə zərbələr endirəcək. İran son zamanlar ballistik raketlərini təkmilləşdirir. Ehtimal ki, yeni zərbələrdə bu raketlərin gücündən maksimum istifadə ediləcək.
ABŞ - ın mövqeyinə gəlincə, görünür Donald Tramp da Co Baydenin yolu ilə gedərək ABŞ-ı birbaşa savaşa qatmayacaq. Sadəcə İsrailə kənardan kəşfiyyat və digər məsələlərlə bağlı dəstək verəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR