Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanı general Hüseyn Səlaminin öldürüldüyü barədə məlumat təsdiqlənib.
Bu barədə Musavat.com "Tasnim" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, general Səlaminin İsrailin həyata keçirdiyi dəqiq zərbə nəticəsində hədəfə alındığı bildirilir. Onun ölümü İran hərbi rəhbərliyi üçün ciddi itki kimi qiymətləndirilir.
Bununla yanaşı, İran rəsmiləri İsrailin hava hücumu nəticəsində ölkənin nüvə proqramı ilə bağlı əsas fiqurlarından olan şəxslərin də həlak olduğunu təsdiqləyib. Həlak olanlar arasında İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi, həmçinin tanınmış nüvə alimləri Məhəmməd Mehdi Təhrançi və yenidən Fereydun Abbasi kimi təqdim edilən başqa bir nüvə mütəxəssisi də yer alır.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ