İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın yeni baş komandanı təyin olundu

İranda baş verən son hadisələr fonunda İran Silahlı Qüvvələrinin elit birliyi olan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyində dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, İranın Ali Lideri Ayətullah Əli Xameneyinin sərəncamı ilə Sərdar Vahidi SEPAH-ın yeni baş komandanı təyin olunub.

Bu təyinat, əvvəlki komandan Hüseyn Səlaminin İsrailin hücumu nəticəsində həlak olmasından sonra həyata keçirilib. Sərdar Vahidi daha əvvəl müxtəlif hərbi və təhlükəsizlik strukturlarında yüksək vəzifələrdə çalışıb və İranın müdafiə sistemində təcrübəli şəxslərdən biri kimi tanınır.

Təyinatla bağlı yayılan rəsmi açıqlamada bildirilib ki, Vahidi dərhal vəzifəsinin icrasına başlayacaq və ölkənin təhlükəsizliyi ilə bağlı bütün sahələrdə nəzarəti öz üzərinə götürəcək. Bu dəyişiklik İranın cavab tədbirləri və hərbi strategiyası baxımından önəmli mərhələ hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR