İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD liderlərindən biri məhv edildi

ABŞ hərbçiləri Suriyaya endirdikləri zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bazar günü yaydığı məlumatda deyilir.

“Mərkəzi Komandanlıq Suriyada İŞİD-in ölkə lideri Usamə əl-Muhaciri öldürüb. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur. Koalisiya mülki şəxslərin xəsarət alması ilə bağlı xəbərləri araşdırır”, - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, zərbə MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

Mənbə: Haber Global

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR